Tornado answered
Avropanın cənubunda Liqur dənizi sahilində yerləşən Monako knyazlığı konstitusiyalı monarxiya dövət quruluşuna malikdir. 2005-ci ildən dövlətə Qrimaldi sulaləsindən olan II Albert başçılıq edir. Yüksək inkişaf etmiş ölkələr sırasındadır. Onu digər inkişaf etmiş ölkələrdən fərqləndirən İqtisadiyyatında sənaye və kənd təsərrüfatının payinin cox cüzi olmasıdır. Monako knyazlığının iqtisadiyyatının əsasını turizm və oyun biznesi təşkil edir.
Knyaz sarayı qarşısında hər gün günorta vaxtı eyni saatda (11:55) olan gözətçi dəyişdirilməsi, qeyri adi akvariumu olan okeanoqraf muzeyi, Monte-Karlo kazinosu, möhtəşəm knyaz sarayı və s. turistlərin maraqla izlədiyi yerlərdəndir.