Murguz Safarov answered
Miyokard infarktı ürəyi qidalandıran bir və ya daha çox koronar damarların laxta ilə tıxanması nəticəsində ürək əzələlərinin (miyokard) bir hissəsinin qidalanmayarq ölməsidir. Ürək çatışmazlığı adlanan bu hal qan dövranın ürəyin bəzi toxumalarını qanla təhciz edə bilməməsindən yaranır. Ürək çatışmazlığı zamanı koronar arteriyaların qan axını azalır, oksigen və qidalanma təhciz olunmaması ilə hüceyrələrin bir qismi məhv olunduğuna görə ürəyin yığılma gücüdə azalır. Qan dövranının azaldığı və ya dayandığı hissə geniş deyilsə və ürəyin əsas damarlarında deyilsə tıxanmaya səbəb olan problem ortadan qalxdıqda ürəyin funksiyası tamamilə normallaşır.