Mineral nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Təbiətdə gedən kimyəvi reaksiyalar nəticəsində əmələ gələn, fiziki və kimyəvi cəhətdən bircinsli olan birləşməyə mineral deyilir.

Əksər hallarda minerallara bərk halda rast gəlinir. Buna baxmayaraq maye və qaz halındada ola bilir. Məsələn, neft, su, təbii reaksiya nəticəsində əmələ gələn qazlar.

Təbiətdə 3000-ə qədər mineral mövcud olsa da onların ancaq 50-yə qədəri süxur əmələgəlməsində iştirak edirlər. Məsələn, yer qabığında geniş yayılmış bir süxur olan qranitin əmələ gəlməsində kvars, ortoklaz və mikanın iştirak etməsi lazımdır. Bu minerallardan əlavə qranitin tərkibində başqa ikinci dərəcəli minerallar da ola bilər ki, bu cür minerallara aksessor minerallar deyilir.

Ən çox süxurəmələgətirən minerallar aşağıdakılardır: kvars, feldşpatlar, feldşpatidlər, mikalar, olivin, piroksen və amfibollar, dəmirli minerallar, titanlı minerallar, apatit, zarkon.

0 points