Tornado answered
Hind okeanında yerləşən və Avstraliyaya aid olan bu ada çox da böyük deyildir. Ada Pert şəhərindən 2360 kilometr şimal qərbdə yerləşir. Orta temperaturu 27 dərəcə, illik yağıntının miqdarı isə 2000 mm-ə bərabərdir. Sahəsi 135 km²-ə bərabər olan adada bir neçə kiçik çay var. Elə bu səbəbdən də içməli su problemi yoxdur.
Adada 2072 (2011-ci il) nəfər əhali yaşayır ki, onun da 70%-i çinlilərdən ibarətdir.
Adada 1895-ci ildən fosforit istehsal olunurdu. 1987-ci ildən ehtiyatı tükəndiyinə görə istehsalı dayandırıldı və ada indi sırf turizm istiqamətində inkişaf edir.