Tornado answered
Çürümə qidaların xarab olması deməkdir. Meyvələr çürüdükdə isə yaranan qəhvəyi rəng kimyəvi reaksiyaların nəticəsidir. Meyvədəki rəng dəyişməsi və qaralması polifenol oksidaza fermentindən asılıdır. Bu fermentlər meyvələrdə olan fenol birləşmələrinin oksidləşməsi ilə qəhvəyi ləkələr meydana gelir.
Meyvənın hüceyrəsi normal olaraq qorunur və bu ferment ilə fenol birləşmələri kimyəvi reaksiyaya girə bilmir. Ancaq meyvə dilimləndiyində, çürüdüyündə və s. hallarda meyvənin hüceyrə divarı dağılır və kimyəvi reaksiyalar yaranır. Meyvələrin əksəriyyəti qəhvəyi rəngə çevrilir oksidləşir. Ancaq limon və başqa sitrus meyvələri qəhvəyi rəngdə olmur çünki, içərisindəki limon turşusu səbəbi ilə oksidləşmə rəngsizdir.