Meymunlar bir-birinin başında nə axtarır?
Təbiətdəki bütün heyvanlar dərilərini və tüklərini bacara bildikləri qədər təmiz saxlamağa çalışırlar. Tüklərinin içində olan böcəkləri, parazitləri, ölü dərini, üzərilərindəki tozları təmizləyirlər. Meymunlarda vaxtlarının çox hissəsini buna ayırır.
Zooparklarda və sirklərdə yaşayan meymunların belə problemləri olmadığını fikirləşsək onlar yenədə bir-birinin tüklərinin arasında nəsə axtarırlar. Meymunların dəri məsamələrindən davamlı olaraq duz ifraz edirlərki buda dərinin üzrində quruyub qalır. Alimlər meymunların bir-birinin tüklərinin arasından bu qalıq duzları təmizlədiklərini deyir. Ancaq bunu təmizləmək üçün heçdə başqa bir meymuna ehtiyac olmamalıdır. Çünki, meymunların əlləri bütün bədən hissələrinə çatır.
Son elmi araşdırmalara görə meymunların bir-birinin baş dərisində nəsə axtardıqda beyindəki endorfin deyilən madənin ifrazı artır. Bu maddə morfinə bənzər keyidici maddədir. Beyində morfinlə eyni effekti verir hissiyati azaldır.