Merovinqlər sülaləsi hansı dövləti idarə etmişdir?

Tarix Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Elvin Namazov answered

Merovinqlər sülaləsi Frank dövlətini yaradan və onu idarə edən ilk sülalədir. Başlanğıcını yarı-əfsanəvi şəxsiyyət olan Meroveydən götürür.Merovinqlər sülaləsinin görkəmli nümayəndələri I Xilderik (457-481) və I Xlodviqdir (481-511). Meroveyin oğlu I Xilderik sülalənin banisi hesab olunur. I Xlodviq isə Suasson yaxınlığında Qalliyanı idarə edən keçmiş Roma canişinini məğlub edərək Frank dövlətinin əsasını qoymuş və Merovinqlər idarəsində bütün Qalliyanı birləşdirmişdir. Frank əsilzadələri yerli əhalini idarə etmək üçün xristianlığı qəbul etmişlər. Gödək Pipinin Frank taxtına çıxması ilə Merovinqlər sülaləsinin yerinə Karolinqlər keçmişdir.

0 points