Tornado answered
Dünyanın ən kasıb ölkələri sırasında olan Mərkəzi Afrika Respublikası Afrikanın mərkəzində yerləşir və dənizə çıxışı yoxdur. MAR-ın 6-ı ölkə ilə sərhəddi var. Ölkə ərazisində şimaldan cənuba doğru iqlim və bitki örtüyü dəyişir. Rütubətli tropik meşələr ancaq cənub hissədə var. Təbii ehtiyatlarla zəngin olmasına baxmayaraq MAR yenə də kasıb ölkə olaraq qalır. İqtisadiyyatı almaz, qızıl çıxarılması, oduncaq istehsalı, kənd təsərrüfatından ibarətdir.