Tornado answered
Şimali Afrikanın ucqar şimal qərbində yerləşən bu dövlətin adının mənası (Məğrib-əl-Əksa “Uzaq qərbi“) uzaq qərb olan Mərakeş Krallığıdır. Konstitusiyalı monarxiya dövlət quruluşuna malik olan bu dövlət 1999-cu ildən hakimiyyətə gəlmiş Alautilər sülaləsinin 18-ci kralı olan VI Məhəmməd tərəfindən idarə olunur.
Ölkənin şərqi və cənubu quraq, Aralıq dənizi sahilləri və Atlantik okean sahilləri rütubətlidir, geniş çay sisteminə malik olması kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradır. Əsas ixracat məhsulları fosfat turşusu, balıq yağı, sitrus meyvələri və xurmadır. Turizmin inkişafı üçün əlverişli şərait var Paytaxtı Rabat şəhəridir.