Murguz Safarov answered
Meningit beyin ətrafındakı membranların iltihabı nəticəsində meydana gələn ciddi bir bakteriyal infeksiyadır və buda tez müalicə edilməməsi eşitmə itkisinə, beyin zədələnməsinə və ölümünə səbəb ola bilər. Uşaqlarda tez-tez görülən meningitin ən əhəmiyyətli təzahürləri yüksək hərarət, şiddətli baş ağrısı, yorğunluq, iştahsızlıq, baş və boyun ağrıları, yuxusuzluq, qusma, işığa qarşı həssaslıq, dəri üzərində ləkələr. Xəstələrin 95%-i yaşadək uşaqlardır. Bəzi virus növləridə meningitə səbəb ola bilər, baş travmasıda xəstəliyə səbəb ola bilər. Ancaq bakteriyal meningit ağır bir tibbi vəziyyətdir və müalicə edilmədiyi vaxt ölüm riski yüksəkdir.