Tornado answered
Hind-Çin yarımadasının ən böyük çayı olan Mekonq Çin, Laos, Tayland, Kamboca, Veytnam ərazisindən axır. Çay öz başlanğıcını Tibet yaylasından götürərək Cənubi Çin dənizinə tökülür və mənsəbdə delta əmələ gətirir. Kamboca düzənliyinə keçən yerdə çayın üzərində dünyanın böyük şəlalələrindən olan Kxon (hündürlüyü 21m) yerləşir. Mekonq çayı əsasən yağış və qar buzlaq suları ilə qidalanır.
Hind-Çin ovalığında çayın suyundan suvarmada istifadə olunur, zəngin balıq ehtiyatlarına malikdir, 700 km məsafədə gəmiçilik üçün yararlıdır.