Tornado answered
Çayda və göldə suyun ən aşağı səviyyəsinin müşahidə edildiyi dövr mejen və ya azsululuq dövrü adlanır. Mülayim qurşaqda mejen yayda və qışda müşahidə olunur. Mejen iqlim şəraitindən asılı olaraq bir neçə gündən bir neçə həftəyə qədər davam edir və adətən ilin eyni dövründə baş verir. Əgər 10-30 gün arasında davam edirsə qısa və əgər 30 gündən çox davam edirsə uzunmüddətli mejen adlanır.
Mülayim qurşaqda yay və qış mejenləri ayrılır: Yay mejen dövrü gursululuğun sonundan payıza qədər davam edir, qış mejeni isə
qışın baçlanğıcından gursululuq dövrünə qədər davam edir.