Mavriki Hind okeanının cənub qərbində yerləşən ada dövlət olub Şərqi Afrika regionuna daxildir. Bu dövlət Madaqaskar adasından 900km şərqdə yerləşir. Mavriki adaları vulkanik mənşəli olub və püskürmə çoxdan dayandığından aşınıb parçalanmışdır. Hazırda adanın ən hündür yeri, adanın cənub qərbində yerləşən və hündürlüyü 826m olan River Nyar pikidir. İndoneziya və ərəb dənizçilərinə məlum olan ada haqqında məlumatı Avropalılara1510-cu ildə bura gəlmiş portuqallar çatdırmışlar. Daha sonra buranı işğal etmiş hollandlar adaya öz şahzadələri Mavrisus Oraiskinin şərəfinə onun aını vermişlər.
1810-1968-ci ilə qədər İngiltərənin müstəmləkəsi olan ölkə 1968-ci ildə müstəqillik qazanmışdır. Ölkənin coğrafi mövqeyi çox əlverişlidir. Beynəlxalq dəniz və hava yolları üzərindədir. Həddindən çox gözəl təbiətə malik olan bu ölkədə vaxtilə Abel Tasman, Metru Flinders, Jan Laperuz, Çarlz Darvin kimi məşhur insanlar yaşamışlar.
Mavrikinin paytaxtı Port Luiz şəhəridir. Dövlət dili ingilis və fransız dilləridir. Əvvəllər ölkə iqtisadiyyatında şəkər istehsalı üstünlük təşkil etsə də hazırda trikotaj tikiş müəssisələri əsas yer tutur. Xüsusilə yun trikotaj məmulatları istehsalına görə Mavriki dünyada 3-cü yerdədir.