Tornado answered
Avstraliyanın Herd adası və Makdonald adalar qrupu regionunda olan Herd adasının (Herd adası Avstraliyanın ən uzaqda yerləşən ərazilərindən olub səthinin 80%-i qar və buzlaqlarla örtülüdür) Biq-Ben massivində yerləşir. Mauson vulkanının hündürlüyü 2745 metr olub ölkənin ən hündür yeri və iki fəaliyyətdə olan vulkanından biridir. Vulkan axrıncı dəfə 2016-cı ilin fevralında fəal olmuşdur.
1929-cu ildə orada olmuş Mauson Duqlasın adı ilə adlandırılmışdır. İlk dəfə Mauson vulkanına, 1964-65-ci illərdə adada olmuş, Böyük Britaniya ekspedisiyasının üzvləri qalxmışdılar.
