Tornado answered
Sakit okeanda yerləşən Marşall adaları Respublikası ABŞ assosiasiyasına daxildir.
Cənub və cənub qərbdən Mikroneziya Fedorativ Ştatının ərazi suları ilə, cənubdan Kiribati adalarının ərazi suları ilə, qalan ərazilərdə isə Sakit okeanın neytral suları ilə əhatələnib.
Marşall adaları 29 atoll və 5 adadan ibarət arxipelaqdır. Ümumi sahəsi 181.3 km²-ə bərabərdir.
Paytaxtı Macuro şəhəridir. Kənd təsərrüfatı, turizm, balıq ovu əsas təsərrüfat sahələri sayılır.