İtalyan tacir və səyyahı Marko Polo Venesiya səhərində 1254-cü ilin 15 sentyabrında dünyaya gəlmişdir. Marko Polonun atası tacir idi.
Hələ kiçik yaşlarından olanda atası və əmisi ilə birlikdə Mərkəzi Asiyanı səyahət etmişdir. 17- illik səyahət zamanı gördüyü hər çeyi qeydə almışdır. 1275 ci ildə Çinə gəlmiş səyyah tacir Avropadan Cinə gəlmiş ilk Avropalıı hesab olunur.
O, Çingizxanın nəvəsi olan Xubilay xanın böyük hörmətini qazanmışdır. 1295-ci ildə çoxlu vardövlətlə geri qayıtmışdır. Marko Polo səyahət zamanı topladığı məlumatlar 1298-ci ildə ’’Marko Polonun kitabı‘’ adında nəşr olunmuşdur.
Bu kitab avropalıların Mərkəzi və Şərqi Asiya , oradakı ölkələr haqqında maraqlı məlumat verdi və onların onların o yerlərə getmək həvəsini artırdı.