Tornado answered
Liman şəhəri olan Maqadan şəhəri Rusiya Federsiyasının Uzaq Şərq bölgəsində yerləşən Maqadan vilayətinin mərkəzidir. Şəhər adi bir fəhlə qəsəbəsinin yerində yaranmışdır.
Şəhər Maqadan vilayətinin mədəni və işgüzar mərkəzidir. Maqadan şəhəri Oxot dənizinin Naqayeva və Qertnera buxtalarının sahilində tikilib.
İqlimi subarktik olub yayı çox qısa sərin, qışı isə uzun və şaxtalı keçir. Orta illik temperatur 0-dan aşağı olur.
Şəhərdə energetika, meşə avadanıqları, balıq emalı, maşıqayırma və başqa sahələr inkişaf edib.