Malyorka adası hansı ölkəyə aiddir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Aralıq dənizində yerləşən Balear adalarından biri olan Malyorka adası İspaniyaya məxsusdur. Ərazisi 3640.16 km²-ə bərabərdir.

Malyorka adasının ən hündür yeri Puç Major (1445 m) dağıdır. Şimal şərqində iki buxta Polensa və Alkudiya buxtaları var. Şimal sahil əyri yarğanlarla güclü parçalanıb.

Malyorka adasının iqlimi aralıq dənizi iqlimidir. Yağıntılar əsasən qış mövsümündə düşür.

Malyorka adası Pityusa adası ilə birlikdə İspaniya daxilində ayrıca muxtariyyətə malikdir. İnzibati mərkəzi Palma-de-Malyorka və ya sadəcə Palma şəhəridir.

Digər Balear adaları kimi Malorka adası da turizmin inkişafına görə fərqlənir.

0 points