Tornado answered
Dünyanın 8000 metrdən yüksək olan dağları arasında 5-ci yeri tutan Makalau dağı Mərkəzi Himalay dağlarının Mahalanqur-Himal silsiləsinin şərqində yerləşir.
Nepal və Çin sərhəddində yerləşən bu dağ Comolunqma zirvəsindən 22 km cənub şərqdədir. Makalau zirvəsinin hündürlüyü 8485 metrdir.
Zirvəni ilk dəfə fransız alpinistləri Jan Kuzi və Lionel Terray 1955-ci il mayın 15-də fəth etmişdilər.