Tornado answered
Böyük mavi şirinsulu göl olan Lox-Ness gölü Şotlandiyanın Hayland rayonunun liman şəhəri olan İnvernessanın cənub qərbində yerləşir.
Göl Lox-Ness canavarı haqqında olan əfsanəyə görə dünyada məşhurdur. Gölün gözəl təbiətini və burada yaşadığı söylənilən vəhşini görmək həvəsi ilə buraya çoxlu sayda turist marşurutları təşkil olunur.
Göl Qreyt-Qlen əyilmə zonasında yerləşən ən böyük su hövzəsidir. Buzlaq mənşəlidir. Sahəsi 56 km², ən dərin yeri 230 m-dir.