Löss nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Müxtəlif yollarla yaranan atmosfer tozları külək vasitəsi ilə hərəkət edərək müəyyən ərazilərdə ot və kolluqlara rast gələrək onların dibində çökür. Bitkinin buraxdığı nəm tozu isladır və yuxarı qalxmağa qoymur. Bu çöküntülər bitkinin hündürlüyünə qədər qalxdığı zaman bitki məhv olur və toz çöküntüləri içərisində nazik boru şəklində boşluqlar qalır, boşluqlar bitkinin kökünün yerində əmələ gəlir. Bu yolla yaranan süxur löss adlanır.

Löss boz sarı və ya qonur sarı rəngdə olub, bıçaqla asan kəsilir, barmaqlar arasında asanlıqla əzilir. Bütün bunlara baxmayaraq çox davamlı süxurdur. Bu çöküntülər Çində geniş yayılıb.

0 points