Lomond gölü haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

 Şotlandiyanın Sterlinq, Arayl-end-But, West Danbartonşir inzibati vilayətlərinin ərazisində yerləşən Lomond gölü dünyanın ən gözəl göllərindən sayılır. Gölün sahəsi 71 kv.km-ə bərabər olub dəniz səviyyəsindən 7.6m yuxarıda yerləşir. Lomond gölünün orta dərinliyi 37m, ən dərin yeri isə 190m-dir. 

Lomond gölü Qrampian dağının cənub qərbində, buzlaq tərəfindən dərinləşdirilmiş tektonik dərədə yerləşir. Göldən cənubda, dağlıq və düzənlik Şotlandiyanın arasında geoloji sərhəd rolu oynayan, tektonik çat keçir. Gölün cənub hissəsində çoxlu sayda adalar var onlardan ən böyükləri İnçmarrin, İnçfad və başqalarıdır. 2002-ci ildən göl Milli Park elan edilib.

0 points