Sahəsi 2 milyon km² olan Liviya səhrası Böyük Səhranın şimal-şərqində yerləşir. Səhra Misirin qərbi Liviyanın şərqi və Sudanın şimalındadır. Liviya səhrasının şimal uzunluğu 650 km, hündürlüyü 300 metrə çatan duyunlarla örtülüdür. Liviya səhrasının və Afrikanın ən çökək yeri olan Kattar(-133m) buradadır. Yağıntının miqdarı çox azdır və bəzən illərlə yağıntı olmur.
Liviya səhrası əsasən üç ölkənin ərazisinə düşür: Liviya, Misir, Şimali Sudan. Liviya səhrasının iqlimi tropik səhra iqlimi, şimal hissəsində bir qədər subtropik yarımsəhra iqliminə malikdir. Səhranın əhalisi bərbərlərdən və liviyalılardan ibarət olub əsasən vahələrdə yaşayırlar. Təsərrüfatdda əsasən xurma palması, şaftalı, ərik ağacları və taxıl əkilir, keçi, qoyun və dəvə saxlayırlar. Zəngin neft ehtiyatlarına, Bahariyyə vadisində dəmir filizi yatağına malikdir.