Litosfer tavaları nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Yer qabığı üç qatdan, nüvə mantiya və yerqabığından ibarətdir. Üst mantiya ilə yer qabığı birləşərək bir təbəqə formalaşdırır ki, bu təbəqə Litosfer (yunan. litos-daş və ya bərk, spariya -sfera, təbəqə deməkdir) adlanır. Yerin bərk təbəqəsi olan litosfer okean və materiklərdə fərqli qalınlığa malik olmaqla bütöv deyil, ayrı- ayrı tavalara parçalanıb və nisbətən elastik və axıcılıq qabiliyyətinə malik olan astonosfer üzərində zəif (ildə 2-5sm)hərəkətə malikdir. İlk dəfə bu nəzəriyyəni alman alimi A.Vegener irəli sürmüşdür. O, materiklərin sahil xəttinin konfiqurasiyasına görə bu fikrə gəlmişdi. Sonralar Dünya okeanında aparılan tədqiqatlar alimləri bu nəzəriyyənin doğruluğuna inandırdı.

“Litosfer tavalar “ nəzəriyyəsi adlanan bu nəzəriyyəyə görə Litosfer aşağıdakı böyük və kiçik tavalara ayrılir: böyük tavalar Sakit okean, Avrasiya, Hind-Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Antarktida və kiçik tavalar Ərəbistan, Flippin, Kakos, Naska, Karib. Tavalar hərəkət edərək daima bir-birinə yaxınlaşa və uzaqlaşa bilirlər. Okean üstlü tavaların uzaqlaşdığı yerlərdə Rift dərəsi boyunca sualtı dağlar (orta Atlantik dağ silsilələri) , materik üstlü tavaların yaxınlaşdığı yerdə quruda sıra dağlar (Alp-Himalay qırışıqlığı), materik və okean üstlü tavaların qarşılaşma zonasında quruda dağlar okeanda isə çökəkliklər( And dağları və ya Marian çökəkliyi və s.), materik üstlü tavanın aralanma dərin çökəkliklər yaranır( Şərqi Afrika sınma zolağında dərin göl çuxurları).

0 points