Tornado answered
Lisse şəhəri Niderlandın Cənubi Hollandiya əyalətində yerləşir. İlk dəfə şəhərin adına 1198-ci ilin sənədlərində rast gəlinir. O zaman Lisse balaca bir kənd olmuşdur.
Şəhərin güclü inkişafına səbəb XX əsrdə onun ətrafında əkilən sənaye əhəmiyyətli gül plantasiyaları olmuşdur.
Lisse şəhərində Kökenhof gül parkı və ya Avropa bağı adlanan park var. Park 32 hektar sahəni əhatə edir. Park martın 20-dən mayın 20-ə qədər ziyarətcilərə açıq olur.