Limon niyə turşdur?
Tornado answered
Limon və digər sitrus meyvələri tərkibinə yüksək miqdarda limon turşusu vardır. Limon turşusuda ümumi turşu xüsusiyyəti olan kimyəvi birləşmələr kimi turşdur.
Buna görədə bu maddə tərkibində olan meyvələrdə turşdur. Limona turş dadı verən təkcə limon turşusu deyil. Bundan başqa tərkibinə sirkə turşusu və tartarik turşusuda daxil olan qidalarda turşdur.
Limon-sədokimilər fəsiləsinə aid bitkidir. Əsasən subtropik iqlimdə yetişir. Limon meyvəsinin qabığında 3-6% efir yağı vardır. Limon yağının tərkibi 90% terpen-limonen adlanan ətirli maddə və 3-6% sitral aldehiddir.
Limonun tərkibinə qələvi elementlərdə daxildi. Tərkinində 8% üzvi turşu, 3% şəkər, azotlu maddələr, minerallar (kalium, mis), A, V1, V2, Z, S, C vitaminləri və fitosidlər vardır.