Lill şəhəri hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Lill şəhəri Fransanın O-de-Franse regionunun Hor departamentinin mərkəzi və Fransanın ən böyük şəhərlərindən biridir. Şəhər Döll kanalının sol sahilində Belçika ilə sərhəddin 14km-də yerləşir. Əhalisinin sayına görə Lill aqlomerasiyası Fransanın Parisdən sonra ikinci şəhəridir. Orta əsrlərdə şəhərin yerində Döll çayının qolları arasında kənd var idi. 

Yaxın vaxtlara qədər Lill şəhəri Fransanın ən böyük toxuculuq sənayesi mərkəzi sayılırdı. Lill aqlomerasiyasının Mark-an-Baroal şəhərində yerləşən Promod şirkətini istehsal etdiyi  gənclər üçün paltarlar dünyanın 25 ölkəsində satılır. Şəhər əhalisinin 0.1%-i kənd təsərrüfatında, 5%-i sənayedə, 3.4%-i tikintidə, 47%-i ticarər,nəqliyyat və xidmət sahəsində, 43.8% dövlət və bələdiyyə qulluğunda çalışır.

0 points