Tornado answered
Lielupe çayı Latviya Respublikasının ərazisindən axır. Latış dilindən tərcümədə “Böyük çay” deməkdir. Uzunluğu 119km olan bu çay Riqa körfəzinə tökülür. Əvvəllər çay Qərbi Dvina çayına tökülürdü, 1697 və 1755-ci illərdə baş verən daşqınlar nəticəsində çay mənsəbini iki dəfə dəyişərək indiki mənsəbi formalaşdırdı.
Lielupe çayı Memele və Musa çaylarının birləşməsindən yaranır. İsilise çayının mənsəbinə qədər çay dolomitli sahələrdən keçdiyinə görə sıldırımlı və dərin dərələr əmələ gətirir. Mənsəbə yaxınlaşdıqca meyllilik azalır dərə dayazlaşır və enlənir. Yaz daşqınları zamanı ətraf ərazilər su altında qalır. Elqava şəhərinə kimi gəmiçilik üçün yararlıdır.