Tornado answered
Liberiya Respublikası Afrika qitəsinin Qərbi Afrika regionunda yerləşir. Ölkənin şimal qərbində Serra Leone, şimalında Qvineya, şərqində isə Kot-d-İvuar yerləşir. Adının mənası “azadların torpağı deməkdir“. Relyefi mürəkkəb quruluşa malik olub sahil zonası kələkötür təpəli düzənliklərdən şimal hissəsi alçaq dağlardan ibarətdir. Ən hündür Maunt-Butebe (1380 m) dağıdır.
Ekvatorial iqlim hakimdir, yağıntılar ən çox maydan oktyabra qədər düşür. Kasıb ölkədir. Ən çox gəliri digər ölkələrin onların bayrağı altında sürdüyü ticarət gəmilərindən gəlir.