Leyləklər neçə il yaşayır?
Təbii olaraq ən çox 25 il yaşayan leyləklər, saxlandıqda 48 ilə qədər yaşaya bilirlər.
Leylək ( latınca-Ciconia ) leyləklər fəsiləsinə aid olan quşdur. Bütün bədən tükləri ağdır, təkcə qanadları qaradır. Uznluğu 100-115 sm, çəkisi 3-4,5 kiloqram ağırlığındadır. Qanad bucağı 155-215 sm-dir. Leyləklərin biraz fərqli növləri Avropada ( şimalda Finlandiyaya qədər ), şimal-qərbi Afrikada və cənub-qərbi Asiyada (cənubda Qazağıstanın cənubuna kimi) vardır. Leyləklər uzun məsafələrə köç edirlər.
Yerdə gəzdikdə yavaş hərəkət edirlər. Leyləklər əsasən böcəklər, amfibiyalar, sürünənlər, kiçik məməlilər və kiçik quşlarla qidalanır. Dişi leylək ildə 1 dəfə 4 yumurta qoyur. 33-34 günə yumurtadan bala çıxır. Yumurtadan çıxan bala leylək 58-64 gün sonra yuvadan ayrılır.
20-ci əsrin əvvəllərində Avropanın bəzi hissələrində leyləklərinin nəsli tükənmək təhlükəsi vardı. Avropada qoruma proqramı çərçivəsində leyləkləri Hollandiya, Belçika, İsveçrə və İsveçdə artırmağa başladılar.