Lerik rayonu nəyi ilə fərqlənir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Azərbaycan Respublikasının çənub şərqində İran İslam Respublikası ilə sərhəddə yerləşən Lerik Rayonu Talış dağlarının əhatəsində yerləşir. Rayonun adı 1930-cu ilə kimi Zuvand rayonu adlandırılmışdır. Rayon öz zəngin tarixi, zəngin təbiəti və əhalisinin uzunömürlülüyü ilə fərqlənir. 

Lerik rayonunda  neolit dövrünə aid tarixi eksponatların tapılması buranın tarixinin qədimiliyini sübut edən dəlillərdir. Zuvand çökəkliyində olan relikt və endemik bitkilər zəngin təbətinə sübutdur. Bu zənginlikləri qorumaq üçün Milli Elmlər Akademiyasının "Nəbatat elmi-tədqiqat mərkəzi" ərazinin fauna və florasını öyrənir. Lerik rayonunun insanları uzunömürlülüyü ilə məşhurdurlar. Lerikin "Uzunömürlülər muzeyində"  Şirəli Müslümov 163, Mahmud Eyvazov 150, Məcid Ağayev 145yaş və s. kimi insanlar haqqında məlumat saxlnılır.

0 points