Mezazoy erasında mövcud olmuş superkontinent Pangeyanın iki yerə parçalanmasından yaranan Lavraziya materiki eramızdan 200-135 milyon il əvvəl ayrılaraq Şimali Amerika, Avrasiya və Qrelandiyanı əmələ gətirmişdir.
Lavraziya paleozoyda mövcud olmuş qədim quru parçalarını özündə birləşdirir. Bu ərazilərə aşağıdakı materikqalxmaları daxil idi: Lavrussiya (qədimdə mövcud olan Lavrentiya və Baltika materiklərinin birləşməsindən yaranan), Sibir, Qazaxıstan, Şimali Çin, Cənubi Çin.
Lavrentiya və Baltika özündə həm Avropanı həm də şimali Amerika və Qrenlandiyanı birləşdirirdi. Atlantik okeanının yaranması (təxminən 60 milyon il əvvəl) Qrenlandiya və Şimali Amerikanın ayrılmasına səbəb oldu. Daha sonralar Ərəbistan və Hindistan yarımadaları da Lavraziyanın yerində formalaşmış və hazirda yer kürəsinin ən böyük materiki olan Avrasiyaya birləşdi.