Tornado answered
Vulkan püskürməsinin başlıca maddəsi lava sayılır. Lava qazları nisbətən az olan maye kütləsindən ibarətdir. Bu kütlə soyuduqda vulkanik süxurları əmələ gətirirlər. Lavaları tərkibindəki silisium oksidin miqdarından asılı olaraq bir neçə qrupa bölürlər: turş və əsasi lava.
Turş lavaların tərkibində silisium oksidin miqdarı 76%-dən çox olub tərkibində kalium və natrium slikatları iştirak edirlər. Onlar çətin əriyir, açıq rəngli olur və uzaq məsafələrə yayılmır.
Əsasi lavaların tərkibi maqnezium, kalsium silikatları və dəmir birləşmələrindən ibarət olduğuna görə rəngləri tünd olur və asanlıqla əriyərək böyük sahələrə yayıla bilən lava seli əmələ gətirirlər.