Lapilli nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Vulkan püskürməsi zamanı ətrafa müxtəlif ölçülü bərk maddələr atılır. Bu vulkanın gücündən asılı olaraq yaxın və uzaq məsafələrə atıla bilir. Bu maddələrin qoz böyüklüyündən noxud böyüklüyünə qədər olanları lapilli adlanır. Lapillilər çox vaxt kələ kötür formalı, məsaməli, koksaoxşar formada olurlar. Onlar müxtəlif mineralların kristallarını təşkil edirlər, məsələn Vezuvidə leysit və avgit mineralları, Erebusda anortoklaz mineralları və s.

Vulkan püskürməsi məhsulu çox böyük sürətlə baş veir (saniyədə 500-600 metr). Atılan bu məhsulların çox kiçik ölçülü olanları vulkan külü (1 mm-dən kiçik), orta ölçülü olanlar lapilli (2-50 mm olduqda) mm, böyükləri isə vulkan bombası (64 mm) adlanır.

0 points