Labrador yarımadası Şimali Amerikanın şimal şərqində yerləşir. Yarımada şərqdən Müqəddəs Lavrenti körfəzi, Şimaldan Hudzon boğazı, qərbdən isə Hudzon körfəzi ilə əhatələnib. Sahəsi 1.6 milyon km² olan yarımada Kanadanın ərazisinə daxildir. Ərazidə kembriyəqədərki dövrün qranit, qabbro, qneys kimi maqmatik və metomorfik süxurları geniş yayılıb. Yarımada Kanada qalxanı və Lavrentiya yüksəkliyinin şərqini əhatə edir. Ən hündür yeri Tornqat dağlarında hündürlüyü 1652 metr olan D'ibervil (Kobvik) zirvəsidir. Yarımadanın ən böyük çayı Çörçil çayıdır. Mərkəzi hissədə geniş sahədə buzlaq göllərinə rast gəlinir.
Yarımadanın şimal hissəsi alçaq və girintili çıxıntılı, şərq hissəsi isə hündürdür. Subarktik qurşaqda yerləşir. Dəmir filizi, xəz dəri istehsalı əhəmiyyətli sahələrdəndir.