Tornado answered
Yapon adalar qrupuna daxil olan Kyuşu adasını şərqdən Sakit okean, şimal şərqdən Yapon dənizi, Şərqi Çin dənizinin suları yuyur. Ərazisi dağlıq olub fəaliyyətdə olan vulkanlara malikdir. Adanın ən hündür yeri hündürlüyü 1788 metrə bərabər olan Kuşyu dağıdır. Aso (1592m) vulkanı burada yerləşir. Adanın İqlimi subtropik musson olub il ərzində 3000 mm yağıntı düşür. Ada sahillərindən 2 cərəyan (Kurosio və Tsuşima) keçir.
Ən böyük şəhəri Fukuokadır. Şəhər adanın əsas siyasi və iqtisadi mərkəzidir.