Tornado answered
Küveyt dövləti Asiya qitəsinin Cənub Qərbi Asiya regionunda yerləşir. Paytaxtı Əl-Küveyt şəhəridir. Şəhərin əsası 1613-cü ildə qoyulmuşdur. Ərazisi yaylalardan ibarət olub fars körfəzinə yaxınlaşdıqca düzənliyə çevrilir. Qonşuları şimalda və qərbdə İraq, cənubda Səudiyyə Ərəbistanı yerləşir. Ərazisində olan zəngin neft ehtiyatları onu dünyanın varlı ölkələri sırasına qaldırıb. Həyat səviyyəsinə görə dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada gedir.
Əhalisi əsasən küveyt ərəblərindən ibarət olub ancaq genetik olaraq küveyt əsillilərdir. Bunlar ölkə əhalisinin 34%-ni təşkil edirlər. Yerdə qalan əhali isə digər ərəb ölkələrindən gələnlərdir. Dövlət dili ərəb dilidir və ingilis dilindən geniş istifadə olunur.