Kür çayı Cənubi Qafqazın ən böyük çayıdır. Çay 3 olkə Türkiyə, Gürcüstan və Azərbaycan ərazisindən keçir. Çayın uzunluğu 1515 metr olub Türkiyənin Qızılgədik Dağlarının 2740 metr hündürlüyündən başlanır və Xəzər dənizinə(-27m) tökülür. Kür çayı töküldüyü yerdə delta əmələ gətirərək iki qola ayrılır.
Yuxarı axarında Kür çayı dar dərin dərə əmələ gətirir (xüsusilə Borjomi dərəsində), Tbilisi şəhərini keçdikdən sonra çay dərəsini enlədir. Ən böyük qolu Araz çayıdır.
Kür hövzəsində suvarma əkinçiliyı çox qədim zamanlardan mövcuddur. Kür çayı üzərində kaskadı (bir birinin ardınca) su anbarlarının tikilməsi həm daşqınların qarşısının alınmasında, həm də, elektrik enerjisinin alınmasında mühüm əhəmiyyətə malikdir. Çayda gəmiçilik ancaq Yevlax şəhərinə qədər mümkündür.