Kunaşir boğazı haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Kunaşir boğazı Sakit okeanda olub Yapon adaları qrupuna daxil olan Hokkaydo adası ilə Kuril adaları qrupuna daxil olan Kunaşir adasını bir-birindən ayırır və Oxot dənizi ilə Xəyanət boğazını birləşdirir. Sahilləri hündür və az parçalanmışdır. Boğazın uzunluğu 74 km, eni şimalda 43 km, cənub hissədə isə 24 km-ə bərabərdir. Ən dərin yeri 2500 m-dir. Boğaz Rusiya Federasiyası ilə Yaponiya arasında sərhəddir.

Kunaşir boğazının sahillərində, həm su altında həm də sahildə iri qayalara rast gəlinir ki, bu da gəmilər üçün çox təhlükəlidir.

0 points