Kükürd cəhənnəmi haradadır?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Kükürd cəhənnəmi İndoneziyanın Yava adasındakı İcen vulkanı kükürd evi olaraq bilinən bir yerdir. İcenin krateri sarı-yaşıl bir çuxurdur. Kraterin yaxınlığında turşu gölü var.

Vulkan şərqi Yava bölgəsində əhalinin sıx yerləşdiyi ərazidədir. Sərhəddində 2 vilayət var Bondovoso və Banuvanqi. Ən yaxın məskunlaşma məntəqəsi vulkanın cənub-şərqində yerləşən Banuavanqidir.

Vulkanın yaxınlığında təqribən 12 min nəfər yaşayır. Bu vulkan bir çox vulkanik obyektdən ibarət olan kompleksdir : stratovulkanlar, vulkanik konuslar, kaldera ətrafinda 20 km radiusda yerləşən kraterlər. Kalderada Kauan İcenin kükürdlü gölü var və bu gölün suyu firuzəyi rəngdədir. Kalderanın dərinliyi 200 metr, eni isə 1 km-dir. Təbii kükürdün ən böyük miqyaslı yatağı gölün sahilindədir.

1922-ci ildən 1996-cı ilə qədər gölün həcmi 0,044-dən 0,0036 ya qədər azalıb.

0 points