Tornado answered
Meksikanın Yukatan yarımadasında, eramızdan əvvəl salınmış Çeçen İtsa şəhərində mayya mədəniyyətinə aid Kukulkan piramidası inşa edilmişdir.
Piramidanın 4 üzünün hər birində 91 pilləkən var. Əgər 4 üzdəki pilləkənlərin sayı və üzərindəki meydança hesablansa 365 edər ki, bu da ildəki günlərin sayına bərabərdir. Mayyalar bu piramida ilə astronomiya və ryaziyyat bilgilərini göstərmək istəmişdilər. İspan işğalı zamanı demək olar ki təmamən dağılıb xarabalığa çevrilmişdir.