Tornado answered
Vulkan krateri diametri 1.5 km- dən böyük olduqda kaldera adlanır. Kalderanın yaranması iki yolla ola bilir. Vulkanın püskürdüyü material bərk olduqda və püskürmə güclü partlayışla təzahür etdikdə bu zaman krater həddindən çox böyüyərək kalderaya çevrilir.
Bəzən sönmüş vulkan kraterlərində su toplandıqda (vulkan mənşəli göllərdə) su dalğalanaraq sahili yuyub kaldera yarada bilər. Dünyada ən böyük kaldera Sumatra adalarında yerləşən Toba vulkanının krateri (1.8 min km²) sayılır.