Korsika adası hansı dövlətə məxsusdur?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Aralıq dənizinin şimal sahillərində Fransa sahillərinə yaxın, Fransa dövlətinə aid bir adadır. Qranitdən və gilli şistlərdən təşkil olunmuş bu adanın simal sahilləri hamar Qərb sahilləri kəskin parçalanmışdır. Adanın ən hündür yeri Mon-Sento dağıdır (2710 metr).

Gözəl təbətə malik olan ada insanları ilk növbədə dənizi və çimərlikləri ilə özünə cəlb edir. Mərkəzi Ayaçço şəhəridir. Korsikanı dünyada məşur edən bir səbəb də Napoleon Bonapartın burada doğulmasıdır.

Korsika ərazisinin 40%-dən çoxunu adanın mərkəzində yerləşən ekosistemi qorumaq məqsədi ilə yaradılmış Korsikanın Mühafizəsi parkı təşkil edir. Bu əraziyə turistlərin girməsinə icazə verilir və burada Avropanın ən uzun piyada marşurutları təşkil edilir.

0 points