Tornado answered
Korabel buxtası Qara dənizdə, Sevastopol ərazisində yerləşir. Dərinliyi simal hissədə 15m, cənubda isə 10m-dir.
Buxtada iri dəniz gəmiləri sahilə qədər üzə bilir. Sahil qayalıqlarla əhatə olunub və onların üzərində dükanlar, liman qurğuları yerləşdirilib, gəmilərin bağlanması üçün səkilər quraşdırılıb. Buxtada beş dok (gəmilərin düzəldilməsi, təmiri və saxlanılması üçün yer olub üzən, sualtı və quru növləri olur) mövcuddur. Bu səbəbdən buranın adını dəyişdirib Doklar buxtası adlandırdılar.
Hazırda buxtanın sahilində Sevastopol gəmi zavodu fəaliyyət göstərir.