Atlantik okeanı sahilində liman şəhəri olan Konakri şəhəri Qvineyanın paytaxtıdır. Şəhər Kalum yarımadası və Tombo adasında yerləşir. Hələ 1891-ci ildən materiklə adanı birləşdirən bənd inşa edilib. Ada şəhərin dü mərkəzində yerləşir. Şəhər dəniz səviyyəsində yerləşir və 100m hündürlükdədi.
Şəhərin iqlimi subrkvatorial iqlim kimi xarakterizə olunur, yağışlı və quraq mövsüm aydın nəzərə çarpır. Ən quraq mövsüm dekabr aprel, yağışlı dövr isə iyul avqust ayları sayılır. İllik yağıntının miqdarı 3800mm-ə çatır.
Konakri həm də olkənin iqtisadi mərkəzidir. Ölkədə olan işlək müəssisələrin çox hissəsi burada yerləşir. Şəhərdə, metalemalı, kimya, toxuculuq, yeyinti, ağacemalı və balıqçılıq sənayesi inkişaf edib. Şəhər həm də ölkənin mühüm ticarət mərkəzidir, dəmiryol vağzalı və beynəlxalq hava limanı var.