Köln şəhəri hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Köln şəhəri Almaniya Federativ Respublinasının ərazisində yerləşir. Şəhər əhalisinin sayına görə ölkədə dördüncü, ərazisinə görə isə üçüncü yeri tutur. Şəhər həm də ölkənin iqtisadi və mədəni mərkəzi sayılır. Köln Reyn çayının hər iki sahilində yerləşir. Köln həmdə Reyn-Rur aqlomerasiyasının mərkəzidir. Köln ölkənin tarixi şəhərləri sırasında da əsas yerlərdən birini tutur. 

Köln şəhəri mülayim iqlimdə yerləşir. Qış zamanı çox az hallarda soyuq hava kütlələrinin təsiri ilə 0-dan aşağı düşür. Yağıntının illik miqdarı 839 mm-ə bərabər olur.

Köln şəhərində 150 dən çox xalq yaşayır, bunların 82%-ni almanlar təşkil edir. Türklər, italyanlar, yuqaslavların böyük diasporaları var.

Əsas iqtisadiyyat sahələri maşınqayırma, avtomobil qayırma, kimyasənayesi, neftemalı, toxuculuq və yeyinti sahələri inkişaf etmişdir.

Köln şəhərində turistləri maraqlandıra biləcək tarixi abidələr çoxdur. 

0 points