Kolitin səbəbləri?

Tibb Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Murguz Safarov answered

Ulserativ kolit səbəbi bilinməyən və bağırsaqlarda xroniki iltihabi dəyişikliklərə səbəb olan stress, siqaret, infeksiyalar kimi bir çox faktorla əlaqəli olan xroniki iltihabi bir bağırsaq xəstəliyidir. Tutma şəklində qarın ağrısı, qanlı mukuslu ishal, tenezm, xəstəliyin orta və ağır formaları isə ürək bulanması, qusma, yüksək hərarət, kilo azalması və iştahsızlığa səbəb olur. Xəstəlik kişi və qadınlarda demək olar ki bərabərdir və ən çox 15-30 yaş aralığında görülür. Bundan başqa xəstəlik genetik keçid göstərir, yaxın qohumlarda və xəstə valıdeyinlərin uşaqlarında xəstəliyin görülmə sıxlığı artır.

0 points