Kolit yoğun bağırsağın iltihabıdır. Ən ümumi növü ülseratif kolitdir. Ülseratif kolit bir çox digər xəstəliklərə bənzəyir. Nazik bağırsaq və yoğun bağırsağın infeksiyaları, AİDS (QİÇS), bağırsaq parazitləri, bağırsaq yırtıqları nəticəsində yaranan divertikul deyilən bağırsaq çəpləşmələrinin iltihablanması (divetikulit), xərçəng xəstələrinin müalicəsində istifadə edilən radiasiyaya bağlı inkişaf edən radiasion kolit, bir çox xəstəliklərdə istifadə edilən antibiotiklər, bəzi revmatizma dərmanları, bəzi revmatizmal xəstəliklər ulseratif kolit bənzəri simptomlar yarada bilirlər.
Xəstəlik yoğun bağırsağın ən aşağı hissəsindən Rektumdan başlayır və yuxarıya doğru mukoza və submukozal təsir göstərir. Bunun bağırsaqlarda daha səthi təsiri vardır. Kolit yoğun bağırsaqla məhduddur. Bəzən xəstəlik bağırsaq perforasiyası, fistul və apsesə səbəb olur. Xəstəlik yüngül, orta və ağır formada olur.