Tornado answered
Rusiya Federasiyasının şimal şərqində yerləşən bu çayın uzunluğu 2129 km-ə çatır. Çay Ayan-Yoryax və Kulu çaylarının birləşməsindən yaranır. Kolıma çayının mənsəbi Şərqi Çukot dənizində yerləşən Kolıma körfəzinə tökülür.
Əsasən qarışıq qidalanmaya mənsub olan bu çay qar, yağış və yeraltı sularla qidalanır. Gəmiçilik üçün istifadə edilir. Mənsəbdən Bahaçpa çayının mənsəbinə qədər gəmiçiliyə yararlıdır.Naviqasiya 4-5 ay davam edir. Kolımskaya su elektrik stansiyasında istehsal olunan enerji Maqadan vilayətini və Maqadan şəhərini enerji ilə təmin edir.