Tornado answered
Rusiya Federasiyassının şimal qərbində, Murmansk vilayətində yerləşən yarımada Barents və Ağ dənizlə əhatə olunmuşdur. Ən hündür yeri yarımadanın qərbində yerləşən Xibin (1200m) dağlarındadır. Yarımada demək olar ki, təmamilə qütb dairəsindən şimalda yerləşir. Yarımadanın şimal hissəsi tundra cənubu isə meşə və meşətundra təbii zonasında yerləşir. Qolfstrim cərəyanı buranın iqliminin kəskin soyumasının qarşısını alır.
Yarımadanın qərb sərhəddi meridian istiqamətində Kola çayının dərəsi boyunca kola körfəzindən Kandalaş körfəzinə qədər uzanır. Burada Kandalaş qoruğu yaradılmışdır. Sahəsi 100 min km²-ə bərabərdir.